Forum Qeydiyyat Əlaqə |

“PR Forum 2025 – Azərbaycanın ən nüfuzlu kommunikasiya tədbiri. Burada brendlər, mütəxəssislər və liderlər bir araya gələrək strateji tərəfdaşlıqlar və yeni imkanlar yaradır. Sponsor olaraq siz də bu prestijli platformada yerinizi alın, brendinizi peşəkar auditoriyanın diqqət mərkəzinə daşıyın və sektorda nüfuzunuzu gücləndirin.” | ||
/ Spikerlər /// | ||
![]() | ||
Günay Cəlilova bankçılıq və maliyyə sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, hazırda Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini olaraq, Pərakəndə satış və məhsulların inkişafı, Brendin idarəedilməsi və müştəri təcrübəsi, Datanın idarəedilməsi, Optimizasiya istiqamətlərinə rəhbərlik edir. Günay xanım Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, həmçinin, İngiltərənin "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib. O, eyni zamanda 300-dən çox şirkətin üzv olduğu aparıcı biznes assosiasiyalarından biri olan AmCham Azərbaycanın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədridir. Bu komitə maliyyə, sığorta və investisiya icmalarını bir araya gətirərək iqtisadi inkişaf və maliyyə sisteminin təkmilləşdirilməsinə töhfə verən tədbirlər və təşəbbüslər həyata keçirir. | ||
![]() | ||
Rza Məmmədov, Azərsun Holdinqin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri. 11 ildir həmin şirkətdə çalışır. Bu dövr ərzində onlarla KSM layihəsinin həyata keçirilməsində, Azərsun Holdinqə məxsus brendlərin tanıdılması üçün kampaniyaların, yaranmış böhran durumlarının idarə edilməsinə rəhbərlik edib. |
/ Tərəfdaşlar /// | ||
/ Media Tərəfdaşlar /// | ||
/ Past events /// | ||